Bakıdakı bütün avtobuslarda NFC ödənişləri mümkün olacaq

Hazırda oxunan: Bakıdakı bütün avtobuslarda NFC ödənişləri mümkün olacaq

579047

Bu ilin sonuna qədər Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC yayıb.

Məlumata görə, bu addım sərnişinlərə metro ilə yanaşı avtobuslarda da eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq.

"Bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur", - deyə şirkətdən qeyd olunub.
 

Artıq "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay"lə ödəmək mümkündür. Bu yenilik bütün yerli bank sektorunu əhatə edir, şəhər nəqliyyatında nağdsız ödəniş ekosisteminin genişləndirilməsi və rəqəmsal transformasiyanın sürətlənməsi baxımından mühüm addımdır.


NFC ödəniş sistemi sərnişin rahatlığını nəzərə alaraq, balansda kifayət qədər vəsait olmasa belə bir dəfəlik keçid imkanı təqdim edir. Bu yanaşma vətəndaşların səfərlərini problemsiz davam etdirməsini təmin edir. Növbəti gedişdən əvvəl isə istifadəçi kart balansını artıraraq əvvəlki ödənişi tamamlamalıdır.

Bundan əvvəl də ictimai nəqliyyatda sərnişinlər üçün QR ödəniş imkanı istifadəyə verilib.

Bu sistem sayəsində mobil tətbiq üzərindən yaradılan QR bilet vasitəsilə paytaxt və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər fiziki kart təqdim etmədən gediş haqlarını rahat və sürətli şəkildə ödəyə bilirlər. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin