Bu gün oteldə dərmandan zəhərlənərək öldüyü bildirilən şair Elkin Kərimlinin sağ olduğu bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda vəkil hoteldə dünyasını dəyişdi – FOTO
Oteldə meyiti tapılan 37 yaşlı vəkil həm də şair imiş – TƏFƏRRÜAT
Bizim.Media xəbər verir ki, Yetim Qacar təxəllüslü şair bu barədə öz feysbuk səhifəsində məlumat verib.
Məlumatı dəqiqləşdirmək üçün şairin özü ilə danışdıq. O, qeyd edib ki, Elkinin sağ olduğu xəbərini ona yaxın dostu və qonşu kənddən olan Xəlil Adıgözəl verib.
Xatırladaq ki, Elkin Zakir oğlu Kərimlinin Yevlax şəhərindəki “Həmdəm” otelində dərmandan zəhərlənərək öldüyü bildirilmişdi. Onun həmçinin, "Fortiori" vəkil bürosunun üzvü olduğu qeyd olunub.
Qeyd edək ki, şair Elkin Kərimlinin atasının adı Kərəmdir, ölən vəkilin atasının adı isə Zakirdir.

Şəfiqə Şəfa, Bizim.Media




























































































