Azərbaycan hər zaman müxtəlif dinlərin və etiqadların nümayəndələrinin azad və təhlükəsiz şəraitdə yaşaması üçün imkan yaradıb, onlara daim hörmət və ehtiramla yanaşıb.
Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı bildirib.
S.Musayev vurğulayıb ki, Azərbaycanda heç vaxt dini mənsubiyyətə görə ayrı-seçkilik edilməyib, bütün dinlərin nümayəndələri üçün bərabər imkanlar yaradılıb.
Onun sözlərinə görə, ölkəmizdə mövcud olan münasibətlər təkcə tolerantlıqla deyil, qarşılıqlı hörmət və etimadla xarakterizə olunur:
“Bəzən tolerantlıq haqqında danışırlar, amma mən şəxsən bu sözə tam müsbət yanaşmıram.
Çünki tolerantlıq bəzən “məcburi dözümlülük” kimi səslənir. Biz isə dözümlülük göstərmirik — biz hörmət edirik. Azərbaycanda elə bir mühit formalaşıb ki, heç bir etiqad nümayəndəsinin dözümlülüyə ehtiyacı yaranmır. Burada hər kəs hörmət və ehtiram görür”.
QMİ sədr müavini qeyd edib ki, müxtəlif dinlərə mənsub azərbaycanlıların birliyi 44 günlük Vətən müharibəsi zamanı da özünü aydın şəkildə göstərdi:
“Həmin dinlərin nümayəndələri olan övladlarımız eyni məqsəd uğrunda Vətən, bayraq və torpaq naminə döyüşdülər, şəhid oldular, yaralandılar. Biz bu birliyi real həyatda gördük”.
S.Musayevin sözlərinə görə, Azərbaycanda dini müxtəliflik qürur mənbəyinə çevrilib.
“Bəzi ölkələrdə hər dinin nümayəndəsi yalnız öz ibadət məkanında fəaliyyət göstərə bilir.
Bizdə isə bütün dinlərin nümayəndələri bir arada, açıq və geniş şəkildə öz dini ənənələrini təqdim edə bilir. Bu da bizim milli birliyimizin, qarşılıqlı hörmət və mənəvi həmrəyliyimizin göstəricisidir”, – deyə o vurğulayıb.
Nəzrin Elxan, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:20 / 05.11.2025
Salman Musayev: “Azərbaycanda tolerantlıq anlayışı dözümlülük deyil, qarşılıqlı hörmətdir”
Hazırda oxunan: Salman Musayev: “Azərbaycanda tolerantlıq anlayışı dözümlülük deyil, qarşılıqlı hörmətdir”
Hazırda oxunan: Salman Musayev: “Azərbaycanda tolerantlıq anlayışı dözümlülük deyil, qarşılıqlı hörmətdir”
579014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































