Bakıda qadın qidadan zəhərlənərək ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.
O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media





























































































