Dərəyə yıxılan 15 yaşlı oğlan belə XİLAS EDİLDİ - VİDEO

Hazırda oxunan: Dərəyə yıxılan 15 yaşlı oğlan belə XİLAS EDİLDİ - VİDEO

578949

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Davud Sabir oğlu Quluzadə ehtiyatsızlıqdan Gəncə çayının dərinliyi təqribən 10 metr olan dərəsinə sürüşüb düşərək köməksiz vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı dərədən çıxararaq xilas ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin