"Azəriqaz"ın direktor müavininin bacanağına AĞIR CƏZA verildi

Hazırda oxunan: "Azəriqaz"ın direktor müavininin bacanağına AĞIR CƏZA verildi

578888

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Bayram Mətləb oğlu Aslanov və Rəşad Cavad oğlu Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Bayram Aslanov 8 il, Rəşad Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci və 228.1-ci maddələri üzrə cinayət işi açılıb.

Cinayət işində 3 nəfər - Şirin Tapdıq oğlu Abdullayev, Rasim Bəyoğlan oğlu Şıxıyev və Emin Faiq oğlu Quliyev zərərçəkmiş qismində tanınıblar.

Həbs edilənlərdən Bayram Aslanov "Azəriqaz"ın direktor müavini Cahid Hüseynovun bacanağıdır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin