ChatGPT ilə bağlı yenilik həkim və hüquqşünasların ürəyincə oldu – Kapitalizmin yeni hiyləsi?

Hazırda oxunan: ChatGPT ilə bağlı yenilik həkim və hüquqşünasların ürəyincə oldu – Kapitalizmin yeni hiyləsi?

578886

OpenAI ChatGPT-də hüquq və tibb sahələrində məsləhət verməyi qadağan edib. Rəsmi izah etik və təhlükəsizlik qaydaları ilə əsaslandırılsa da, bu qərarın arxasında fərqli maraqların dayanması düşüncəsi də gözardı edilə bilməz. Qızğın sosial müzakirələrə səbəb olan bu qərar haqqında bəziləri deyir ki, məqsəd insanları yanlış hüquqi və tibbi tövsiyələrdən qorumaqdır, digərləri isə bu addımı peşəkar bazarların – hüquqşünasların və həkimlərin – maraqlarına xidmət etmək kimi qiymətləndirirlər.

Üçüncü qisim isə daha iddialı çıxış edir: süni intellektin kommersiya potensialının gələcəkdə “əlverişli şərtlərlə” satmaq üçün bu addım atılıb!

Ortaya bir paradoks çıxır: süni intellekt insanın bilik və qənaətə varma gücünü artırmaq üçün yaradılıb, amma elə həmin texnologiya indi bəzi sahələrin rəqabətdə məğlub olacağına görə susmağa məcbur edilir. Bəs bu susqunluğun arxasında həqiqətən etik məsuliyyət dayanır, yoxsa kapitalizmin hiyləgər planı?

İT üzrə mütəxəssis Arif Muxtarov Bizim.Media-ya bildirib ki, Open Aİ bu addımı məsuliyyət risklərini və hüquqi iddiaları minimuma endirmək üçün atıb.

“Tibb və hüquq yüksək riskli sahələrdir. Əgər ChatGPT yanlış diaqnoz, müalicə tövsiyəsi və ya hüquqi məsləhət versə və nəticədə kiminsə sağlamlığına, hüquqlarına və ya maliyyə vəziyyətinə zərər dəysə istifadəçinin şikayət etməyə yeri olmayacaq. Kobud desək, öz düşüncəsizliyidir, aqibəti ilə razılaşmalıdır. Amma real tibb və hüquq sahəsinin nümayəndələri ilə bənzər hadisəni yaşasa  məhkəməyə müraciət edə bilər, haqlı olacağı təqdirdə təzminat alar”. 

Mütəxəssis həmçinin qeyd edir ki, hüquq və tibb sahəsində məsləhət verməyi dayandırmaq həm də yeni bazar yaratmaq məqsədi güdə bilər. Yəni bu sahələrdə fəaliyyət məhdudlaşdırılaraq sonradan ayrı, ödənişli xidmətlər kimi təqdim edilə bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin