Barəsində ev dustaqlığı tədbiri seçilən Ramiz Mehdiyevin haqqında təriflər deyən daha bir şəxsin video görüntüləri yayılıb.
Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, sabiq deputat Vahid Əhmədov sözügedən görüntülərdə Ramiz Mehdiyevlə bağlı tərif dolu fikirlər səsləndirib.
O, bildirib ki, Ramiz Mehdiyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində böyük rolu olub:
“Ramiz Mehdiyev Heydər Əliyev məktəbini keçib. Ramiz Mehdiyevin Azərbaycan ideologiyasının yetişməsində xüsusi rolu olub.
Belə hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin 27 il qorunub saxlanılmasında xüsusi rolu olan şəxslərdən biridir. Mən bunu çox yüksək qiymətləndirirəm. Ramiz Mehdiyev həm də gözəl elmi işçidir. Onun əsərlərini oxuyuruq.
Kənardan zəhmli insan kimi görünür, amma yaxın təmasda olanda tamamilə ayrı aləmin şahidi olursan. Həmsöhbət kimi çox maraqlı insandır. Onunla hər dəfə görüşəndə, söhbət edəndə zövq qalıram”.
Ətraflı video görüntülərdə:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:43 / 04.11.2025
Vahid Əhmədov illər əvvəl Ramiz Mehdiyevi necə TƏRİFLƏYİRDİ? – VİDEO
Hazırda oxunan: Vahid Əhmədov illər əvvəl Ramiz Mehdiyevi necə TƏRİFLƏYİRDİ? – VİDEO
Hazırda oxunan: Vahid Əhmədov illər əvvəl Ramiz Mehdiyevi necə TƏRİFLƏYİRDİ? – VİDEO
578864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































