Qazaxıstanın Manqistau vilayəti sahillərində Qırmızı kitaba daxil edilmiş 100-dən çox suitinin meyiti aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu informasiyanı Kənd təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi yayıb.
Mənbə qeyd edir ki, heyvanlar təxminən bir ay əvvəl ölüb, onların cəsədləri isə son günlərdəki fırtınalar nəticəsində sahilə çıxıb.
Hidrobiologiya və Ekologiya İnstitutunun ilkin məlumatına əsasən, suitilərin ölümünə immunitetin zəifləməsi və infeksiyaların yayılması səbəb olub. Mütəxəssislər hazırda sahilboyu monitorinq aparır və qalıqların utilizasiyasını həyata keçirirlər.
Xatırladaq ki, Qazaxıstanın Manqistau vilayətinin Ekologiya Departamentinin əməkdaşları Xəzər dənizinin sahilində 112 suiti meyiti aşkarlayıblar. Hadisə yerində dəniz suyundan nümunələr götürülüb.
Bundan əlavə, Tüpqarağan rayonunun Bautino kəndi yaxınlığında daha altı suiti meyiti aşkarlanıb. Yerli sakinlər onlardan ikisinin boğazında balıqçı torlarının dolaşdığını bildiriblər.
Faktla bağlı Manqistau vilayətinin balıq mühafizəsi idarəsi məlumat verib ki, hadisənin səbəblərini müəyyənləşdirmək üçün bütün aidiyyəti qurumların inspektorları əraziyə ezam olunublar.
Qeyd edək ki, Xəzərin Azərbaycan sahilində də – xüsusilə Pirşağı qəsəbəsində – həm böyüklərə, həm də balalara məxsus suiti cəsədləri müşahidə olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:30 / 04.11.2025
Xəzər dənizində suitilərin kütləvi tələf olmasının səbəbi açıqlandı
Hazırda oxunan: Xəzər dənizində suitilərin kütləvi tələf olmasının səbəbi açıqlandı
Hazırda oxunan: Xəzər dənizində suitilərin kütləvi tələf olmasının səbəbi açıqlandı
578855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































