Azərbaycanın gözəl və səfalı rayonlarından ən öndə gedəni Kəlbəcərdir desək yanılmarıq.
Azadlığına qovuşan bu füsunkar rayonun sakinləri yavaş-yavaş doğma yurdlarına qayıtmağa başlayırlar. Belə ailələrdən biri də rayonun Məmmədsəfi kəndinin sakinləri olan Ələkbərovlar ailəsidir.
Məmmədsəfi kəndi xarabalığa çevrildiyindən burada daimi yaşamaq mümkün deyil. Amma yay aylarında dədə-baba torpaqlarında çadır qurub qalanlar da az deyil.
Ailənin başçısı Sabir Ələkbərov bu kəndi gənc yaşlarında tərk etdiyini hələ də o torpaqların hər daşında bir uşaqlıq xatirəsi yatdığını bildirib. Müsahibimiz danışdıqca göz yaşlarına hakim ola bilməyib...
Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Leyla Vəfadar, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:00 / 04.11.2025
“Kəlbəcər atamın təsvir etdiyindən daha gözəl imiş...” – Ələkbərovlar ailəsi ilə VİDEOREPORTAJ
Hazırda oxunan: “Kəlbəcər atamın təsvir etdiyindən daha gözəl imiş...” – Ələkbərovlar ailəsi ilə VİDEOREPORTAJ
Hazırda oxunan: “Kəlbəcər atamın təsvir etdiyindən daha gözəl imiş...” – Ələkbərovlar ailəsi ilə VİDEOREPORTAJ
578849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































