Ermənistanda 3 məktəbdə Azərbaycan dili tədris olunur - FOTO

Hazırda oxunan: Ermənistanda 3 məktəbdə Azərbaycan dili tədris olunur - FOTO

578841

Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib ki, Azərbaycan dili ölkədə üç məktəbdə tədris olunur.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu, hökumətin regional dillərin öyrənilməsini təşviq edən proqramı çərçivəsində həyata keçirilir.

Nazirin sözlərinə görə, bu təşəbbüsə ümumilikdə təxminən 30 məktəb qoşulub:

“Hazırda fars dili daha geniş yayılıb, çünki həmin istiqamətdə ixtisaslı müəllimlər var. Bundan başqa, üç məktəbdə gürcü dili də öyrədilir”.

O, aparılan sorğular nəticəsində təxminən 400 məktəb regional dillərin tədrisini təşkil etmək istədiyini bildirib:

“Maraqlıdır ki, əksər məktəblər türk dilinə üstünlük verib, lakin nazirlik bu istiqamətdə kadr çatışmazlığı ilə üzləşib”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin