Cəlilabadda ağır qəza: Sürücü yaralandı, at tələf oldu - FOTO

Hazırda oxunan: Cəlilabadda ağır qəza: Sürücü yaralandı, at tələf oldu - FOTO

578815

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb, bir baş at tələf olub.

Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yola çıxan at 1978-ci il təvəllüdlü, Maşlıq kənd sakini Anar Maşallah oğlu Bədəlovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb.

Zərbədən sonra minik avtomobili idarəetməni itirərək Yasin Yusif oğlu Nəsirovun idarə etdiyi ağır tonnajlı yük maşınına dəyib.

Qəza nəticəsində at hadisə yerində tələf olub, “VAZ-2107”nin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.






 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin