Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, A.İsmayılov təsisçisi olduğu "iamzerv academy"nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini şəxsin kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.
Hazırda Polis İdarəsində araşdırmalar davam etdirilir.
***11:36
İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.
Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, ondan vətəndaşların çoxsaylı şikayətləri var.
İsmayılovun rəhbərlik etdiyi "iamzervacademy" kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib. 50-dən çox şəxsin bu yolla aldadılıb.
Azər İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur blogerlər və müğənnilər də reklam edib. Bu yolla vətəndaşların inamını qazanıb.
Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							12:03 / 04.11.2025
							
						Azər İsmayılov SAXLANILDI – YENİLƏNİB/VİDEO
						
							
								Hazırda oxunan: Azər İsmayılov SAXLANILDI – YENİLƏNİB/VİDEO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Azər İsmayılov SAXLANILDI – YENİLƏNİB/VİDEO							
						578794
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































