Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində fəaliyyət göstərən, fiziki şəxs Mirzəağa Calal oğlu Cabbarova məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Həmçinin, emal zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, işçi masaların, qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, temperatura, rütubətə nəzarət cihazının və havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.


Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							11:06 / 04.11.2025
							
						Yasamalda çörək sexi qanunsuz fəaliyyət göstərirmiş – FOTO
						
							
								Hazırda oxunan: Yasamalda çörək sexi qanunsuz fəaliyyət göstərirmiş – FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Yasamalda çörək sexi qanunsuz fəaliyyət göstərirmiş – FOTO							
						578785
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































