“Bir mənzil bir neçə nəfərə satılıb, hamı təşvişdədir” - Video

Hazırda oxunan: “Bir mənzil bir neçə nəfərə satılıb, hamı təşvişdədir” - Video

578751

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri artıq təxminən 10 ildir ki, böyük məbləğlər ödəyib aldıqları mənzillərə köçə bilmədiklərini bildirirlər.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, binanı inşa edən şəxslər hazırda həbsdədir.

“Burada bir mənzil bir neçə nəfərə satılıb.

Binada lift yox idi, qaz və su sayğacları üçün sakinlərdən vəsait toplanmışdı, lakin vədlər yerinə yetirilmədi. Biz öz hesabımıza qaz sayğaclarını və lifti quraşdırdıq. Bina ilə maraqlanan yoxdur. Rəsmi şəkildə heç bir quruma müraciət edə bilmirik”, – narazı sakinlərdən biri deyib.

“Ev bir neçə nəfərə satılıb, hazırda hamı təşviş içindədir. Gələcəkdə vəziyyətin necə olacağı məlum deyil. Bizdə çıxarış yoxdur, yalnız müqavilə var. Binanın əvvəlki direktorları həbsdədir, onlarla bağlı hökm çıxarılıb, amma bizim binaya dair hələ də heç bir qərar verilməyib. Bankdan böyük məbləğdə kredit götürüb mənzilin ödənişini etmişik, evi almışıq, amma yaşaya bilmirik”, - başqa bir sakin bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:



Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin