Bu küçədən keçərkən DİQQƏTLİ OLUN!

Hazırda oxunan: Bu küçədən keçərkən DİQQƏTLİ OLUN!

578740

Binəqədi rayonunda, Ceyhun Hacıbəyli küçəsində yaşayan əhali uzun illərdir yolun pis vəziyyəti səbəbindən çətinlik çəkir.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, təxminən 15 il əvvəl burada su və kanalizasiya xətləri çəkildikdən sonra yol tamamilə yararsız hala düşüb və hələ də əsaslı təmir olunmayıb.

Sürücülər bildirirlər ki, yolda çoxsaylı çalalar əmələ gəlib və avtomobillərin hərəkəti çətinləşib:
 

"Yol tamamilə dağılıb, heç kim buna diqqət yetirmir. Gələndə qazdıqları yerlərin üzərinə asfalt çəkiblər, amma o da tez dağılıb".


Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, adı çəkilən küçə asfalt örtüyünün yenidən qurulması və bərpası ilə əlaqədar İcra tərəfindən təmirə ehtiyacı olan yolların siyahısına salınıb və bununla bağlı aidiyyatı qurumlara müraciət edilib. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin