Rəsmi Bakı dekabrın 15-nin Dünya Türk Dilləri Ailəsi Günü elan edilməsini ALQIŞLADI

Hazırda oxunan: Rəsmi Bakı dekabrın 15-nin Dünya Türk Dilləri Ailəsi Günü elan edilməsini ALQIŞLADI

578711

Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsi qərarını alqışlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərarla dekabrın 15-i Dünya Türk Dilləri Ailəsi Günü kimi qəbul edilib:
 

"Bu tarix bütün türk dillərinin dərin ümumi köklərini və birgə tarixini üzə çıxaran ən qədim yazılı abidə - Orxon-Yeniseyin şifrəsinin çözüldüyü günə təsadüf edir.


Azərbaycan zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan bu addımı alqışlayır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin