“Deyirdi ki, 20-ci şəhid mən olacağam...” – İlkin Ağaquliyevin DÖYÜŞ YOLU – VİDEO

Hazırda oxunan: “Deyirdi ki, 20-ci şəhid mən olacağam...” – İlkin Ağaquliyevin DÖYÜŞ YOLU – VİDEO

578690

Vətən müharibəsinin şəhidi İlkin Ağaquliyev Şabrandan olan 20-ci şəhid kimi tarixə düşüb. Bu gün qəhrəmanımızın şəhadətindən 5 il ötür. 

Şabranın qəhrəman oğlu İlkin Ağaquliyev 2000-ci ildə dünyaya gəlib. Mingəçevirdə Azərbaycan Dövlət Pedaqoji Kollecində “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə təhsil alıb.

2018-ci ildə hərbi xidmətə yollanıb və xidmətdən sonra MAXE kimi ordu sıralarında qalıb. Müharibə başlayan gündən İlkin ön cəbhədə vuruşub. 
 

Sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də danışıb. Atasına deyib ki, “Qapımızdan bayraq as...” Atası isə “Özün qayıdıb asarsan” deyə cavab verib. Amma İlkin təkid edib və “Balaca bayraq asarıq” deyib. 


Bu, onların son söhbəti olub...

Ətraflı Bizim.Media-nın videosüjetində:


Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin