Son illər bir çox gənc ailə qurmaq və uşaq sahibi olmaq əvəzinə ev heyvanı saxlamağa üstünlük verir. Bu tendensiya yalnız fərdi seçim deyil, həm də müasir həyat tərzinin, sosial və iqtisadi reallıqların nəticəsi kimi dəyərləndirilir.
Bəs gənclər niyə uşaqlara yox, ev heyvanlarına sevgi bəsləyirlər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Sevda Kazımova bildirib ki, artıq həyat əvvəlki kimi sadə deyil - böyük şəhərlərdə bahalı mənzillər, gərgin iş qrafiki, maddi sıxıntılar və sosial təzyiqlər gəncləri daha praktik düşünməyə vadar edir:
“Uşaq böyütmək uzunmüddətli maddi və emosional məsuliyyət tələb edir. Ev heyvanı saxlamaq isə həm yoldaşlıq, həm də sevgi hissi verir, lakin daha az məsuliyyətlə… Bir çox gənc “uşağın gələcəyini təmin edə bilmərəm” deyə düşünür, amma bir pişiyə və ya itə qayğı göstərmək həm sadə, həm də ruha rahatlıq verən bir məşğuliyyətə çevrilir”, - deyə Sevda Kazımova bildirib.
Psixoloq qeyd edib ki, əvvəllər “xoşbəxt ailə” anlayışı ər, arvad və uşaqdan ibarət sayılırdısa, indi bu anlayış dəyişib:
“İndi xoşbəxtlik anlayışı hər kəs üçün fərqlidir. Kimi üçün bu, karyera, kimi üçün azadlıq, kimi üçün isə sadəcə sakit bir ev və yanında sevdiyi heyvandır. İnsanlar öz həyatlarına daha çox nəzarət etmək, azad qərarlar vermək istəyirlər. Ailə qurmaq artıq məcburi addım deyil, seçim sayılır”.
Sevda Kazımovanın fikrincə, gənclərin uşaq əvəzinə heyvan böyütməsi cəmiyyətin dəyərlərindən uzaqlaşması deyil, zamanın dəyişən reallığıdır:
“Müasir dövrdə hər kəsin xoşbəxtlik formulu fərqlidir. Kimisi ana, ata olmağı seçir, kimisi isə bir pişiyə, itə və ya quşa sahibi olmağı. Vacib olan budur ki, insan sevdiyi, qayğı göstərdiyi bir varlıqla paylaşım içində olsun - bu, istər uşaq, istər heyvan olsun, fərqi yoxdur. Çünki sevgi, mahiyyətcə, eynidir”.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 03.11.2025
Zamanın acı REALLIĞI – Gənclər niyə uşaq yox, ev heyvanı böyütməyə üstünlük verir?
Hazırda oxunan: Zamanın acı REALLIĞI – Gənclər niyə uşaq yox, ev heyvanı böyütməyə üstünlük verir?
Hazırda oxunan: Zamanın acı REALLIĞI – Gənclər niyə uşaq yox, ev heyvanı böyütməyə üstünlük verir?
578682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































