“Bir ölkədə qadın uşağını azad böyüdürsə, o ölkə artıq dayanıqlıdır” – Şamil Sadıqov

Hazırda oxunan: “Bir ölkədə qadın uşağını azad böyüdürsə, o ölkə artıq dayanıqlıdır” – Şamil Sadıqov

578616

“Analardan qız uşaqlarına ötürülən təhsil səviyyəsi arasında 84%-lik korrelyasiya mövcuddur”. 

Bizim.Media xəbər verir ki, qadın və uşaqlar dayanıqlı cəmiyyətin mərkəzində adlı ictimai dialoqda çıxış edən Şamil Sadıqov belə deyib.

Onun sözlərinə görə anaların təhsil səviyyəsi gələcək nəslin uğur göstəricisidir:

“UNESCO-nun 2023-cü il hesabatına əsasən, analardan qız uşaqlarına ötürülən təhsil səviyyəsi arasında 84%-lik korrelyasiya mövcuddur. Yəni, təhsilli ana – təhsilli nəslin başlanğıcıdır”.

Şamil Sadıqovun sözlərinə görə, qadının işləməsi və öz sahəsində fərqlənməsi təkcə ailə institutuna zərər vermir, əksinə, uşağın düşünən və təhsilli ana modelini görməsinə şərait yaradır. Bu, gələcəkdə həm qadına, həm elmə hörmətlə böyüyən nəsil formalaşdırır.
 

O, qeyd edib ki, hazırda Azərbaycan təhsil sistemində qadın müəllimlərin payı 80 faizdən çoxdur, lakin yüksək qərarverici səviyyədə qadınların sayı hələ də azdır. Ekspertin fikrincə, bu boşluğu qismən aradan qaldırmaq üçün 7-9-cu siniflərdə “peşə yönümlü təhsil” fənninə gender balansı modullarının əlavə edilməsi vacibdir.


“Əgər bir ölkədə qadın uşağını azad böyüdürsə, o ölkə artıq dayanıqlıdır,” – deyə Şamil Sadıqov çıxışında vurğulayıb.

Nəzrin Elxan, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin