“Uşaqların rəqəmsal mühitdə üzləşdiyi təhlükələr, kibertəzyiq və manipulyasiya hallarının artması bu gün ən ciddi sosial problemlərdən birinə çevrilib”.
Bizim.Media xəbər verir ki, bunu Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Kəmalə Aşumova tədbir zamanı çıxışında bildirib.
Kəmalə Aşumovanın sözlərinə görə, bir çox uşaq internetdə təhqirə, zorakılığa və kibercinayətkarlığa məruz qalır, onların özünü qoruma bacarıqları isə çox vaxt zəif qalır:
“Hesab edirik ki, rəqəmsal davranış, ünsiyyət və təhlükəsizlik bacarıqları artıq təhsilin ayrılmaz hissəsinə çevrilməlidir. Bu istiqamətdə həm valideynlər, həm müəllimlər, həm də uşaqlar üçün geniş maarifləndirmə proqramları həyata keçirilməlidir,” – deyə Aşumova qeyd edib.
Alyans sədri həmçinin regionlarda uşaq müdafiəsi sahəsində çalışan ixtisaslı kadrların azlığını ciddi problem kimi vurğulayıb.
Onun sözlərinə görə, sosial işçilərin, psixoloqların və hüquqşünasların çatışmazlığı uşaq hüquqlarının müdafiəsini çətinləşdirir:
“Bu sahədə çalışan mütəxəssislər üçün davamlı təlim və hazırlıq mexanizmlərinin yaradılması, uşaq müdafiə sisteminin gücləndirilməsi vacibdir,” – deyə o əlavə edib.
Kəmalə Aşumova bildirib ki, risk altında olan uşaqlar üçün yerli səviyyədə reabilitasiya və erkən müdaxilə xidmətləri genişləndirilməlidir. Uşaqların rəqəmsal təhlükəsizlik və kibertəhlükələrdən qorunması üçün milli tədris və maarifləndirmə proqramlarının hazırlanması da vacibdir.
Sonda Alyans sədri qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi yalnız sosial məsələ deyil, həm də ədalətli və inklüziv cəmiyyətin əsas şərtidir:
“Bu sahədə atılan hər bir addım uşaqların təhlükəsiz gələcəyinə verilən ən böyük töhfə olacaq”.
Nəzrin Elxan, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:01 / 03.11.2025
Kəmalə Aşumova: “Uşaqlar internetdə zorakılığa məruz qalır”
Hazırda oxunan: Kəmalə Aşumova: “Uşaqlar internetdə zorakılığa məruz qalır”
Hazırda oxunan: Kəmalə Aşumova: “Uşaqlar internetdə zorakılığa məruz qalır”
578607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































