DYP-dən yağışlı hava ilə bağlı sürücülərə TÖVSİYƏ

Hazırda oxunan: DYP-dən yağışlı hava ilə bağlı sürücülərə TÖVSİYƏ

578569

Hazırda paytaxtda, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yağışlı və çiskinli hava, bəzi yol sahələrində isə duman müşahidə olunur.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, belə şəraitdə görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, qəza ehtimalını artırır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və piyadalardan xahiş edir ki, belə hava şəraitində yollarda xüsusi diqqət və ehtiyatla hərəkət etsinlər:

 

"Sürücülərə tövsiyə olunur ki, sürət həddini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, ötmə və manevretmə zamanı xüsusilə diqqətli olsunlar, həmçinin şüşəsilən və işıq cihazlarının, o cümlədən təkərlərin saz vəziyyətdə olmasına əmin olsunlar. Piyadalar isə yalnız müəyyən olunmuş keçidlərdən keçməli, yağış və çiskin zamanı görünməni artıran işıq əks etdirən geyimlərə üstünlük verməlidirlər".


Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hava şəraitindən asılı olmayaraq diqqət və məsuliyyət hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin əsas təminatıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin