Oğurluq edən 3 nəfər TUTULDU - Biri qadındır

Hazırda oxunan: Oğurluq edən 3 nəfər TUTULDU - Biri qadındır

578487

Sumqayıtda və Bakının Binəqədi rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Sumqayıtda polisə ümumilikdə 5 650 manatlıq inşaat materillarının oğurlandığı barədə müraciət daxil olub.
 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunan 40 yaşlı M.Hüseynov müəyyən edilərək saxlanılıb.


Bakının Binəqədi rayonunda isə bir nəfərin 3 900 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı R.Kərimov və əvvəllər məhkum olunmuş G.Kazımova da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin