Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.
Bu barədə Bizim Media-ya DİM-dən bildirilib.
İmtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 2 binada təşkil olunub.
İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 54 nəzarətçi, 7 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və və namizədlərə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunub.
İmtahanda ümumilikdə 750 nəfər iştirak edib.
Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 4 həftədən sonra elan olunacaq.
Bizim Media


























































































