SON DƏQİQƏ: Qaradağdakı əməliyyatda daha bir vəzifəli həbs edildi

Hazırda oxunan: SON DƏQİQƏ: Qaradağdakı əməliyyatda daha bir vəzifəli həbs edildi

578463

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib.

Bizim Media xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Mansurov Zülfüqar Hüseynbala oğlu barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.

O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur.
 

Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.


Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi (memar) Qafar Abdullayev də həbs edilib.

Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur. (Qafqazinfo.az)

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin