"Efirə gələndə "məni "sənətkar" kimi təqdim edin" deyə tapşırırlar"

Hazırda oxunan: "Efirə gələndə "məni "sənətkar" kimi təqdim edin" deyə tapşırırlar"

578422

"Bu gün sponsorlar internetdə məşhurlaşan, kompüter vasitəsi ilə səslərini dəyişənlər üçün konsertlər təşkil edirlər. Bunun səbəbi informasiya axını, sosial şəbəkələr, yutub kanalıdır. Bu vasitələrlə dinləyicinin beynini, qulağını belə musiqi ilə doldururlar. Müvəqqəti, bir neçə ay gündəmdə olan müğənnilər, musiqilər qazanmır. Onlar da teatr səhnəsinin dekorassiyaları kimi zaman-zaman dəyişirlər. Əsl sənətkar dəhnədir və hər zaman sevilir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Geriyə baxanda" verilişində deyib.

Sənətçi istər televiyada, istərsə də məclislərdə rastlaşdığı mənfi hərəkətlərinə görə bəzi müğənniləri pisləyib: "Bu gün təəssəf ki, səhnədə "kəmiyyətlər" var. Efirə gələndə məni "sənətkar" kimi təqdim edin, "filankəslə çıxım", "məni bu cür təqdim et" deyə, tapşırırlar. Təəssüf ki, bu, telekanalarda böyük vüsət alıb. İçəri girəndə heç ayağa da durmaq istəmirlər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, el şənliklərində də bu hal yaşanır.
 

Bu yaxınlarda məclisə dəvət aldım. Müğənni və musiqiçilərə yer olmadığına görə məni başqa bir otağa dəvət etdilər. Digər müğənninin ansamblı da orada idi. Özü hələ gəlməmişdi. Basıb yemək yeyirdilər, yer olmadığına görə məni də ora apardılar. İnanın, içəri girdim, bilmirəm harada tərbiyə alıblar, evdə təlim-tərbiyə, böyük-kiçik yeri öyrədilməyib, belə tərbitəyəsizcəsinə heç kəs ayağa durmadı ki, bura kimsə daxil oldu. Heç deyək sənətkar deyiləm, axı buraya bir müğənni, xanım daxil olub, bir ayağa durub, yer göstərək. Çox tərbiyəsiz şəkildə başlarını salıb yemək yeyirdilər. Kolidorda dayandım, amma oraya girmədim. Təəsüf edirəm ki, belə hallar var.


Bilmirəm onları kim tərbiyə etməlidir. Təbii ki, evdən başlamalıdır hər şey. Belə hallar bu gün özünə müğənni deyən adamlarda da var. Onları təmizləmək və tərbiyə etmək lazımdır". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin