Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Regional Ekologiya İdarəsinin əməkdaşları avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə birgə tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı avtomobillərin texniki vəziyyəti yoxlanılıb, nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:27 / 01.11.2025
Astarada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirildi
Hazırda oxunan: Astarada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirildi
Hazırda oxunan: Astarada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirildi
578406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































