Hərbi qulluqçularımızın iştirak etdiyi “Dağ komando kursu” başa çatdı - FOTO

Hazırda oxunan: Hərbi qulluqçularımızın iştirak etdiyi “Dağ komando kursu” başa çatdı - FOTO

578368

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, kursun başa çatması münasibətilə keçirilən buraxılış mərasimində iki ölkənin Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında, eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi rol oynayacağını vurğulayıblar.
Sonda məzunlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Dağ komando kursu”nda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitlərdə müasir döyüş aparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin