Bağçılıqda, təsərrüfatda gübrə torpağın keyfiyyətini artırmaq üçün mütləqdir. Amma peyin gübrəsinin qoxusu, xüsusilə torpağa yayılanda çox xoşagəlməz olur, bəzi insanların tənəffüs problemi olduğundan başını götürüb qaçmağa yer axtarır.
Bəs nə etməli?
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu kiçik təsərrüfat sirri sizə xeyli faydalı olacaq.
Kartofdan istifadə etdikdən sonra onun qabıqlarını atmayın, soyulmuş qabıqları yuyub, sulu halda onu əkilmiş torpağa, ağacların dibinə, ləklərin ətrafına səpələyin.
Kartof qabıqları bitkilər üçün faydalı olan bir çox mineral ehtiva edir. Torpaqla qarışıb yavaş-yavaş əriyir və təbii gübrəyə çevrilir. Xüsusilə tərəvəzlərdə yaxşı effekt verir.
Bundan başqa xırda şəkildə doğrayıb dibçək bitkilərində istifadə etmək olar.
Nəticədə yarpaqlar yamyaşıl, daha parlaq olur, torpaq nəmliyi artır və bol çiçəklənmə verir.
Çiy kartofu sürtgəcdən keçirib bir miqdar suya qataraq otaq və bağça çiçəklərinə də püskürtmək olar. Bu da çox gözəl nəticələr verəcək, bitkiləri canlandıracaq.
Şəfiqə Şəfa, Bizim.Media



























































































