Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb.
Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb.
Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib.
Onun 100 min manata yaxın yeyinti etdiyi iddia olunur.
A.Quliyevin vəzifəsi müvəqqəti icra etməsi üçün onun müavininə verilib.
Bizim.Media































































































