Dəbdəbəli villa, 6 metrlik hasar, helikopterin enməsi üçün meydança: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş – FOTO

Hazırda oxunan: Dəbdəbəli villa, 6 metrlik hasar, helikopterin enməsi üçün meydança: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş – FOTO

578306

Oktyabrın 30-da DTX tərəfindən saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qonşu olduğu üzə çıxıb.

Bizim.Media Metbuat.az-a istinadən xəbər verir ki, İslam Rzayev Göyçay rayonunun Hüngütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var.

Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumatlar bir neçə il əvvəl yayılıb.
 

KİV-in iddiasına görə, villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisində helikopterin enməsi üçün xüsusi meydança var.


Xatırladaq ki, bu gün həbs edilən İslam Rzayev də əslən Göyçay rayonundandır. O, Hüngütlü kəndindəki villa ilə yanaşı, 50 hektar nar bağına da sahibdir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin