100 yaşını qeyd edən müəllimə həmkarlarından XOŞ SÜRPRİZ – FOTO

Hazırda oxunan: 100 yaşını qeyd edən müəllimə həmkarlarından XOŞ SÜRPRİZ – FOTO

578300

Şəkidə ömrününü 37 ilini gənclərin təlim-tərbiyəsinə həsr edən ahıl müəllim 100 yaşını həmkarları ilə birgə qeyd edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 100 yaşı tamam olan Afəndə Əmrahova doğum günündə xoş bir sürprizlə qarşılaşıb.

Belə ki, bu əlamətdar günlərdə Şəki-Zaqatala Regional Təhsil idarəsinin əməkdaşları, həmkarlar komitəsinin üzvləri qocaman təhsil işçisinin evinə gedərək uzunömürlü pedaoqoqu ziyarət edib, onu bu əlamətdar hadisə münasibəti ilə təbrik ediblər.
 

‎Çay süfrəsi arxasında davam edən söhbətdə müxtəlif zamanların təhsil ənənələri mövzusunda maraqlı müzakirə aparılıb. Eyni zamanda Afəndə Əmrahova müəllimlik fəaliyyətindən, şagirdləri ilə bağlı xatirələrindən danışıb.


Qocaman pedaqoq Afəndə Əmrahova ona edilən bu xoşniyyətli sürprizə və göstərilən diqqətə görə həmkarlarına minnətdarlığını bildirib.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin