Masallıda sürücü öz maşınını YANDIRDI

Hazırda oxunan: Masallıda sürücü öz maşınını YANDIRDI

578249

Oktyabrın 31-i saat 18:20 radələrində Ərkivan qəsəbəsində I Qarabağ müharibəsi iştirakçısı, 1972-ci il təvəllüdlü Rövşən Hüseynov öz “Xəzər” markalı, 44-CE-790 dövlət nömrəli avtomobilini yandırıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Rövşən Hüseynov Qarabağ qazisidir, dövlət tərəfindən Ərkivan qəsəbəsində fərdi yaşayış evi ilə təmin olunub və II qrup əlil kimi pensiya alır.

Hadisənin başvermə səbəbləri hələ müəyyən edilməyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam edir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin