Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşaq Şəkidə olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ukraynalı uşaqların Şəki ilə tanışlığı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb.
Sonra uşaqlar Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar. Qonaqlar Mərkəzin emalatxanalarını gəzib, sənətkarlarla görüşüb, onların əl işlərinə baxıblar.
Ukraynalı uşaqların gəzinti müddətində daha bir maraqlı görüşü 44 günlük Vətən müharibəsi günlərində geyinməyə ayaqqabısı olmadığı halda milli orduya əmək təqaüdü ilə davamlı köməklik göstərən Hikmət baba ilə olub. Hikmət baba Ukraynadan gələn müəllim və uşaqlarla söhbət edib, onlara mənəvi dəstək nümayiş etdirib. Eyni zamanda o, əmək təqaüdü ilə aldığı müxtəlif xatirə hədiyyələrini ukraynalı uşaqlara təqdim edib.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
							18:58 / 31.10.2025
							
						Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO
						
							
								Hazırda oxunan: Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Reabilitasiya üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar Şəkidə - FOTO							
						578241
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































