Elmira Rəhimova xəstəxanaya YERLƏŞDİRİLDİ

Hazırda oxunan: Elmira Rəhimova xəstəxanaya YERLƏŞDİRİLDİ

578232

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a Xalq artistinin oğlu məlumat verib.

O deyib, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.
 

"Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - o deyib.


Xəstəxanadan bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib:

"Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin