Məktəbdə şagirdlərə ödənişsiz yemək veriləcək? - Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Məktəbdə şagirdlərə ödənişsiz yemək veriləcək? - Deputatdan AÇIQLAMA

578221

Dünyanın bir çox ölkəsində məktəblərdə şagirdlər üçün xüsusi  yemək menyuları var. Bu menyular bəzilərində ödənişli, bəzilərində isə ödənişsizdir. Məsələn, Finlandiyada bütün dövlət məktəblərində bu menyular ödənişsizdir. Hətta Finlandiya dünyada bütün şagirdlər üçün universal pulsuz məktəb yeməyi proqramı olan ilk ölkədir. ABŞ-da isə yemək menyuları şagirdin ailəsinin gəlir səviyyəsinə görə pulsuz, endirimli və ya tam ödənişli ola bilər. Fransa, İsveç, Yaponiya və s ölkələrdə də fərqli məktəbli menyuları var.
 

Qeyd edək ki, Azərbaycanda hələ belə bir sistem mövcud deyil. Bağçalarda yemək verilsə də, məktəblərdə bu, tətbiq olunmur.


Ancaq olarsa, bu həm valideynlərin büdcəsinə müsbət təsir göstərəcək, həm də şagirdlərin sağlam, balanslı, vaxtında yemək yeməyinə imkan yaradacaq.

Bizim.Media mövzuyla bağlı deputat Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Deputat da belə menyuların hazırlanmasının tərəfdarıdır. 

“Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən standart qida menyularının hazırlanması işləri görülür”.

Bəs belə meynular hazırlanarsa, qiymət məsələsi necə həll olunmalıdır?

Ceyhun Məmmədov bildirir ki, qiymət simvolik olmalı, yəni baha olmamalıdır:

“Bizdə də bu məsələ diqqətdə saxlanmalıdır. Yeməklərin minimium  qiymətə və yaxud ümumiyyətlə ödənişsiz formada verilməsi nəzərdən keçirilə, bu istiqamətdə addımlar atıla bilər”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin