Bakıda 12 minlik dələduzluq edən şəxs TUTULDU

Hazırda oxunan: Bakıda 12 minlik dələduzluq edən şəxs TUTULDU

578204

Paytaxtın Suraxanı rayonunda iki nəfər dələduzluqla üzləşdikləri barədə polisə müraciət ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, 27 yaşlı S.Hüseynov saxlanılıb.


Araşdırmalarla o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12 300 manatlarını dələduzluq yolu ilə ələ keçirib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin