Həmkəndlilərinin evlərindən oğurluq edən şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Həmkəndlilərinin evlərindən oğurluq edən şəxs SAXLANILDI - FOTO

578192

Masallı rayonunun Qodman kəndində yerləşən yaşayış evlərindən birindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Yasin Mürşüdov saxlanılıb.

Araşdırmalarla onun Qodman kəndində yerləşən digər bir evdən də 1000 manat pul və 300 manat dəyərində bəzək əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, Y. Mürşüdov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin