Bakıda süpürgəçi qadın avtomobillə vurulub: "Qəzanı törədən şəxs yoxa çıxıb" - VİDEO

Hazırda oxunan: Bakıda süpürgəçi qadın avtomobillə vurulub: "Qəzanı törədən şəxs yoxa çıxıb" - VİDEO

578129

Atasının adına olan avtomobillə süpürgəçi qadını vuran şəxs hadisə yerindən yayınıb. 61 yaşlı süpürgəçi qadın 36 gündür komadadır. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən, 4 övlad anası Kəmalə Alməmmədova Bakıda kirayədə yaşayır. 

Kəmalə Alməmmədovanın doğmaları iddia edirlər ki, 36 gündür koma vəziyyətində olan xəstə ilə nə iş yerindən, nə də onu xəstəxanalıq edən şəxs tərəfindən maraqlanan var. 

Sentyabr ayının 24-ü səhər saat 05.30-da Kəmalə Alməmmədovanın son iş günü olur. Küçə təmizliyi üçün səhərin gözü açılmamış işinin başında olan 4 uşaq anası yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanır. Yaxınları deyirlər ki, hadisə Yasamal rayonu, Mətbuat prospekti, Qələbə dairəsində baş verib.

Zərərçəkmişin qohumu Şamil İslamov iddia edir ki, Kəmalə Alməmmədovaya hadisəni törədən şəxsin ailəsi də cəmi 10 gün baş çəkib. Bundan sonra avtomobil qəzasını törədən şəxsin ailəsi telefonları söndürüb, onlarla əlaqəni kəsib.

Bir sözlə, xəstənin yaxınları Kəmalə Alməmmədovaya etinasız yanaşmadan şikayətçidir, onlar 61 yaşlı qadının ailəsinin maddi durumunun yaxşı olmadığını dilə gətirirlər.

Məsələ ilə bağlı Yasamal rayon 32 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Kamran Novruzovla telefon əlaqəsi saxlanılıb. O, birliyin əməkdaşı Kəmalə Alməmmədovanın səhhəti ilə mütəmadi maraqlandıqlarını dedi. Hadisəni törədən şəxsin nə özü, nə də ailə üzvləri isə telefonlara cavab vermədi.

Klinki Tibbi Mərkəzdən verilən rəydə bildirilir ki, 1964-cü il təvəllüdlü Kəmalə Alməmmədova hadisə zamanı müştərək qapalı kəllə-beyin travması, soltərəfli yerdəyişən kompleks sınığı, ön və arxa divarın sınığı, fəqərə cizminin qəlpəli sınığı, sağ qasıq sümüyünün sınığı, 5-6-7-8-9 qabırğaların sol kürək sümüyünün proksimal üçdə bir sınığı ilə xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən bildirib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. Ziyanın ödədilməsi, cinayət hadisəsinin obyektiv araşdırlması, yol-nəqliyyat hadisənin ekspertizasının təyin olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir. Ekspertizanın müvafiq rəyi cinayət işinə əlavə olunduqdan sonra qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görüləcək.

Daha ətraflı videoda:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin