Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyədən idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6,12 ton antep fıstığı məhsulu partiyasında (8 oktyabr 2025-ci il - 8 oktyabr 2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Bu barədə Bizim.Media-ya agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul olunub.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:24 / 30.10.2025
İdxal olunan antep fıstığında uyğunsuzluq AŞKARLANDI - FOTO
Hazırda oxunan: İdxal olunan antep fıstığında uyğunsuzluq AŞKARLANDI - FOTO
Hazırda oxunan: İdxal olunan antep fıstığında uyğunsuzluq AŞKARLANDI - FOTO
578087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































