Onun adını indi oğlu daşıyır... - Şəhid Nahid Mikayılovun HƏYAT HEKAYƏSİ – FOTO

Hazırda oxunan: Onun adını indi oğlu daşıyır... - Şəhid Nahid Mikayılovun HƏYAT HEKAYƏSİ – FOTO

578069

Bu gün Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun Baş giziri Nihad Mikayılovun şəhadətindən 5 il ötür.

Nahid Mikayılov 1982-ci ilin aprel ayının 25-də Kürdəmirin Şilyan kəndində dünyaya gəlib. O, orta məktəbi bitirdikdən sonra həyatını ordu, hərb sənəti ilə bağlayıb. 20 ilin peşəkar və qüsursuz hərbçisi, Azərbaycan Ordusunun Baş giziri olub.

Həm Aprel döyüşlərində, həm də İkinci Vətən Müharibəsində iştirak edib.

İkinci Vətən Müharibəsi zamanı Ağdam istiqamətində döyüşlərdən birində, oktyabrın 30-da ağır yaralanıb, hospitalda əməliyyat olunsa da, onun həyatını xilas etmək, qurtarmaq mümkün olmayıb.

38 yaşında şəhadətə qovuşub, qəhrəmancasına şəhid olub və nəşi bir gün sonra-oktyabrın 31-də Kürdəmirin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Nahid Mikayılov ailəli, 3 övlad atası olub.  3 övladı-Nihad, Nicat və atası şəhid olanda cəmi 3 yaşı olan Nahid Vətənə əmanət qalıb.

Qeyd edək ki, kiçik oğlunun adı əslində Rinat olub, ancaq həyat yoldaşı Jalə xanım Nahid Mikayılovun şəhidliyindən sonra onun adını dəyişdirib və Nahid etdirib.

Şəhid baş gizir Nahid Mikayılov ölümündən sonra hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, "Vətən uğrunda" və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.








Naibə Məmmədova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin