Bağçada azyaşlıya şiddət göstərən dayə İŞDƏN ÇIXARILDI

Hazırda oxunan: Bağçada azyaşlıya şiddət göstərən dayə İŞDƏN ÇIXARILDI

578067

Bu gün sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Bağçada azyaşlıya şiddət göstərildi – VİDEO


Araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub.

Bu barədə Bizim.Media-ya Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib:
 

“Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilən uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün prioritet istiqamətlərdəndir.


Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik.

Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin