Ermənistanda yeni nazir məktəblərdə hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsini qadağan edib

Hazırda oxunan: Ermənistanda yeni nazir məktəblərdə hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsini qadağan edib

578010
Ermənistanda yeni təyin olunmuş təhsil, elm, mədəniyyət və idman naziri Janna Andresyan məktəblərdə hər cür hərbi-vətənpərvərlik təlimlərin və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin qadağan olunması barədə göstəriş verib.
 
Bu barədə gündəlik çıxan “Joxovurd” qəzeti yazıb.
 
Bildirilib ki, nazir Ermənistanın bütün vilayət qubernatorlarının başçılarına məktəblərin hərbiləşdirilməsindən çəkinməyi tapşırıb.
 
Qzetin yazdığına görə, bu, “Komandos Hərbi İdman Klubu”, “Zark” proqramı, “Pokr Mher”, OMA (Sağlam qalmaq sənəti) rama-vətənpərvər qeyri-hökumət təşkilatı və s. kimi hərbi qurumlarla əməkdaşlıqdan imtina etmək deməkdir.
 
“Joxovurd” bildirib ki, bu barədə tapşırığı Janna Andresyan hələ nazir müavini olarkən veribmiş. İndi isə onun icrasına başlayıb.
 
Məlumata görə, məktəblilər “İlkin Hərbi Hazırlıq” fənnindən başqa hərbi-vətənpərvərlik proqram və kurslarında iştirak edə bilmirlər.
 
Qeyd edək ki, Janna Andreasyan dekabrın 13-də bu vəzifəyə təyin olunub. Daha əvvəl isə Vaqram Dumanyan təhsil, elm, mədəniyyət və idman naziri idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin