Seysmik TƏHLÜKƏSİZLİK - Azərbaycandakı binalar zəlzələyə DÖZÜMLÜDÜRMÜ? – FOTO

Hazırda oxunan: Seysmik TƏHLÜKƏSİZLİK - Azərbaycandakı binalar zəlzələyə DÖZÜMLÜDÜRMÜ? – FOTO

578009

Türkiyədə baş verən ard-arda zəlzələlər bir daha göstərdi ki, inşaatda keyfiyyətli material və real nəzarət olmadıqda sakinlərin aqibəti ən yaxşı halda gecəni uçmuş evinə baxmaqla keçəcək: o da bəxti gətirərsə... Təəssüf ki, qonşu ölkədə hər zəlzələdə onlarla bina bir neçə saniyəyə yerlə-yeksan olur, amma nəticə çıxarılmır. Yenə zəlzələyə davamı olmayan binaların zirzəmisində qurtuluş gözləyən insanlara kədərlənirik. Bu hadisə istər-istəməz sualı gündəmə gətirir:

Azərbaycanda tikilən yeni binalar belə sınaqlardan keçə bilərmi?

Seysmoaktiv zonalar Azərbaycan ərazisində də var. Xüsusilə Bakı və Abşeron (episentr adətən Xəzər dənizi olur), Gəncə, Şamaxı kimi iri şəhərlər ehtimal dairəsindədir.

Tikinti üzrə mütəxəssis Ramazan Tağıyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, hazırda tikintilər Azərbaycan Respublikasının Tikinti Norma və Qaydalarına əsasən aparılır.
 

“Binanın onurğa sütunu betondur. Tikintinin davamlılığını müəyyən edən əsas amil onun özülünü təşkil edən beton və armaturun keyfiyyətidir. Betonun markası, sıxlığı və sementin tərkibi tikilinin ömrünü və zəlzələyə qarşı dayanıqlığını müəyyən edir. Ola bilər bəzi tikinti şirkətləri xərcləri azaltmaq üçün betonda sementin payını azalda bilər, amma nəticədə nəzərdə tutulan parametrlərə uyğun gəlmədikdə, binanın tikintisinin davam etdirilməsinə icazə verilmir”.


Mütəxəssis diqqətə çatdırıb ki, Azərbaycanda betonun keyfiyyətinə nəzarət edən laboratoriyalar mövcuddur və nəzarət mərhələli şəkildə aparılır: əvvəlcə binanın özülü və ilk mərtəbələri tikilir, bir müddət (təqribən 1 ay) betonun dayanıqlılığı? Seysmik dözümlülüyü (minimum 7-8 dərəcə olmalıdır, bölgələrə görə dəyişir) müşahidə olunur. Qənaətbəxşdirsə, tikinti işləri davam etdirilir. Hansısa çatışmazlıq varsa məsuliyyəti beton-zavod öz üzərinə götürür. Beton sökülüb təmizlənir, yeni keyfiyyətli beton verilir.

Aşağıdakı şəkildə bölgələrə görə seysmik dözümlülük dərəcələri göstərilib:



Yeni binalar köhnələrdən davamlıdırmı?

R.Tağıyevin sözlərinə görə köhnə binalar zamanında möhkəm tikilsə də, onun istismar müddəti tədricən bitir. Son illərdə paytaxtda və digər şəhərlərdə tikilən yeni binalar tikinti normativlərinə tam uyğun inşa olunubsa, onların seysmik dayanıqlığı əvvəlki binalardan qat-qat yüksək olmalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin