Saxlanılan icra başçısı bu yüksək vəzifəli məmurun dayısıdır

Hazırda oxunan: Saxlanılan icra başçısı bu yüksək vəzifəli məmurun dayısıdır

577996

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Saxlanılan icra başçısının qızı HAKİMDİR


Bizim.Media “Sfera.az”a istinadən xəbər verir ki, məsələ ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Belə ki, icra başçısı İslam Rzayev maliyyə nazirinin müşaviri Elman Mehdiyevin dayısıdır.

E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır. Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin