Yüksək sürətlə hərəkət edən “BMW” ağır qəza törətdi – ANBAAN VİDEO

Hazırda oxunan: Yüksək sürətlə hərəkət edən “BMW” ağır qəza törətdi – ANBAAN VİDEO

577978

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

“Yollarda baş verən ağır qəzalarda çox zaman iki amil eyni anda özünü göstərir - bir sürücünün yüksək sürətlə hərəkət etməsi, digərinin isə manevri diqqətsiz şəkildə yerinə yetirməsi. Bu cür hallarda birinin məsuliyyətsizliyi, digərinin ehtiyatsızlığı ilə birləşəndə, nəticə adətən ağır olur.
 

Diqqətsiz edilən manevr sürücünün ətrafdakı vəziyyəti tam qiymətləndirməməsi, güzgülərdən istifadə etməməsi, zolaq və ya dönmə qaydalarına əməl etməməsi deməkdir. Yüksək sürətlə gələn nəqliyyat vasitəsi isə bu ani səhvə reaksiya verməyə vaxt tapmır və qəza qaçılmaz olur.


Unutmayaq: birinin diqqətsizliyi, digərinin sürəti - bir anda həyatları dəyişə bilər. Yolda hər hərəkət düşünülmüş olmalı, hər qərar məsuliyyətlə verilməlidir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin