Heydər Əliyev Sarayının direktoru İlham Qasımov mərhum dostu, Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, Cabirin heç yerdə olmayan görüntülərini və Xalq şairi Zəlimxan Yaqubun “Ey əsili olmayan kəs” şeirinə etdiyi qiraəti sosial şəbəkədə paylaşıb.
İ. Qasımov deyib ki, bu videonu dostunun vəfatından bir müddət öncə çəksə də, Cabirə paylaşmaq qismət olmayıb:
“Həyatdasan! Videonu çəkdim, göndərdim telefonuna. Özü montaj etdi, musiqi qoydu və üstündən bu şeiri oxudu. Göndərdi mənə ki, bax necədir? Bölüşmək istəyirəm. Dedim əladır, amma biraz səs tonun aşağıdır, onu qaldırmaq lazımdır. Razılaşdı. Sonradan baş qarışdı, unuduldu və video paylaşılmadı. İstəyini yerinə yetirirəm, əziz dost. Ruhun şad olsun!”
Sara, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:08 / 30.10.2025
Cabir İmanovun heç yerdə olmayan kadrlarını PAYLAŞDI - VİDEO
Hazırda oxunan: Cabir İmanovun heç yerdə olmayan kadrlarını PAYLAŞDI - VİDEO
Hazırda oxunan: Cabir İmanovun heç yerdə olmayan kadrlarını PAYLAŞDI - VİDEO
577977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































