Ağstafada maşın dirəyə çırpıldı - 4 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Ağstafada maşın dirəyə çırpıldı - 4 nəfər xəstəxanalıq oldu

577966

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq kənardakı rabitə xəttinə çırpılıb.

Hadisə zamanı 1982-ci il təvəllüdlü V.Salehov, 2010-cu il təvəllüdlü G.Salehova, 1985-ci il təvəllüdlü G.Rzayeva və 2009-cu il təvəllüdlü G.Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin