Pirallahı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada və xuliqanlıqda təqsirləndirilən İqbal İsrafilovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, İqbal İsrafilov 2024-cü ildə Bakı şəhəri, Pirallahı rayonu ərazisində evə tanışı, zərərçəkmiş Ellada Bədəlovanı (adı, soyadı şərtidir) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən ona əl və ayaqları ilə zərbələr endirib. Nəticədə qadına sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, hər iki said, hər iki diz oynağı, sol bel və sağ bud nahiyələrinin qançırları formasında bədən xəsarətləri yetirilib.
Bundan başqa, təqsirləndirilən şəxs 2025-ci ildə Pirallahı rayonu, Əzizbəyov küçəsində yerləşən marketin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib.
Belə ki, İqbal heç bir əsaslı səbəb olmadan marketin qarşısında olan kənar şəxslərin gözü qarşısında Ellada ilə mübahisə edib, xuliqanlıq niyyəti ilə əlini qəsdən onun sifət nahiyəsinə vurub. Nəticədə zərərçəkmiş şəxsə ənsə nahiyəsinin hematoması, sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sağ sağrının, sol budun, sağ dizin qançırları və burunun əzilmiş yarası şəklində xəsarətlər yetirilib.
Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə iclasında İqbal İsrafilov özünü təqsirli bilərək ifadəsində göstərib ki, o, Elladanı uzun müddətdir tanıyır. Bildirdiyinə görə, onlar əvvəllər ər-arvad münasibətində yaşayıb və o, daima qadının yaşadığı evinə gedib-gəlib. Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisəyə Elladanın spirtli içkinin təsiri altında ona niyə işləmədiyini bildirməsi və nalayiq ifadələr işlətməsi olub. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:04 / 30.10.2025
Sevgilisini marketin qarşısında döyən şəxs həbs edildi – MƏHKƏMƏ
Hazırda oxunan: Sevgilisini marketin qarşısında döyən şəxs həbs edildi – MƏHKƏMƏ
Hazırda oxunan: Sevgilisini marketin qarşısında döyən şəxs həbs edildi – MƏHKƏMƏ
577962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































