Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəlbəcər şəhəri, Yeni Yaşayış massivində yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Kəlbəcər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Xüsusi vasitələrdən istifadə edərək mənzilə daxil olan yanğınsöndürən-xilasedicilər mənzildə köməksiz qalmış 2023-cü il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:53 / 30.10.2025
Kəlbəcərdə bağlı qapı arxasında qalan uşaq belə xilas edildi – VİDEO
Hazırda oxunan: Kəlbəcərdə bağlı qapı arxasında qalan uşaq belə xilas edildi – VİDEO
Hazırda oxunan: Kəlbəcərdə bağlı qapı arxasında qalan uşaq belə xilas edildi – VİDEO
577959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































